10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
Mingəçevirdə təcili yardım avtomobili qəzaya düşüb, xəsarət alanlar var
Tarix: 04-02-2021 15:05 | Bölmə: Cəmiyyət
Mingəçevirdə təcili yardım avtomobili qəzaya düşüb, xəsarət alanlar var

Mingəçevirdə təcili yardım avtomobili qəzaya düşüb.

Hadisə şəhərin 20 Yanvar küçəsində baş verib. Ağdaş rayon sakini, 1966-cı il təvəllüdlü Rasim Soltan oğlu Rəsulovun idarə etdiyi təcili yardım maşını Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Muradov Orxan Fazil oğlunun idarə etdiyi “Lada-Priora” markalı minik maşını ilə toqquşub.

Qəza nəticəsində hər iki sürücü və təcili yardım avtomobilində olan xəstə şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır/APA.




Bölməyə aid digər xəbərlər
8-09-2025, 12:34 Sabah yağış yağacaq