Danışmağa və dil öyrənməyə ehtiyac qalmayacaq: kompüter və insan beyni arasında əlaqə yaradılır
Tarix: 04-02-2021 15:50 | Bölmə: Cəmiyyət
Danışmağa və dil öyrənməyə ehtiyac qalmayacaq: kompüter və insan beyni arasında əlaqə yaradılır

“İnsan beyni ilə kompüter arasında əlaqə qurulacaq”.

Reyting.az
xəbər verir ki, bu barədə iş adamı, milyarder Elton Musk bildirib.

Dünyanın ən zəngin ikinci adamı olan Musk “Tvitter” üzərindən bəyan edib ki, insan və kompüter arasında bağlantı quracaq “Neuralnik” şirkətinin çipinə dair təcrübələr yaxın dövrdə aparılacaq.

Musk qeyd edib ki, “Neuralink” implant təhlükəsizliyini saxlamaq üçün sistemli işləyir: “Neuralink” şirkəti ABŞ-ın Qida və Dərman Komitəsi ilə yaxın münasibətdədir. İşlər qaydasında gedərsə, bu ilin sonuna qədər kompüter və insan arasında əlaqəni saxlamaq üçün təcrübələrə başlaya bilərik”.

Milyarderin fikrincə, beyin implantı yaddaş itməsi, depressiya və görmə problemlərinə qədər, habelə müxtəlif nevroloji və onurğa problemlərini həll etmək imkanı yaradacaq.

Qeyd edək ki, 2016-cı ildə Musk tərəfindən yaradılan “Neuralinik” şirkətinin məqsədi insan beyni ilə kompüter arasında real əlaqə yaratmaqdır.

Musk bundan əvvəl bildirib ki, bu texnologiya sayəsində 5 ilə qədər bir müddətdə insanların danışması və başqa dilləri öyrənməsinə ehtiyac olmayacaq.

Sözügedən cihaz ABŞ-ın Qida və Dərman Xidməti tərəfindən “cigar açan cihaz” adını alsa da, indiyə qədər insan üzərində təcrübədən keçirilməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq