Dövlət qulluğuna qəbul imtahanı Gəncədə də keçiriləcək
Tarix: 04-02-2021 15:57 | Bölmə: Cəmiyyət
Dövlət qulluğuna qəbul imtahanı Gəncədə də keçiriləcək

Dövlət qulluğuna qəbul imtahanları Bakı ilə yananşı Gəncə şəhərində də keçiriləcək.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuat Xidmətinin rəhbəri Xanlar Xanlarzadə “Report”un "facebook" səhifəsində yayımlanan "Müzakirə vaxtı" verilişində deyib.

Onun sözlərinə görə, bu, bir ilkdir. Çünki adətən dövlət qulluğuna qəbul imtahanları Bakıda baş tuturdu:

"Amma mart ayının 7-si keçirilməsi nəzərdə tutulan dövlət qulluğuna qəbul imtahanın test mərhələsi həm Bakıda, Gəncədə baş tutacaq. Ətraf rayonlardan kimə Gəncə yaxındırsa, o, Gəncədə imtahan verə biləcək. Bakı üzrə 2 000 yer, Gəncəyə isə 500 yer ayrılıb. Hələ ki, kifayət qədər yer var. Müraciət etmək istəyənlər qeydiyyatdan keçə bilərlər”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq