Ağdamda partlayış: bir hərbçimiz həlak olub, iki nəfər yaralanıb
Tarix: 04-02-2021 20:50 | Bölmə: Cəmiyyət
Ağdamda partlayış: bir hərbçimiz həlak olub, iki nəfər yaralanıb

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

Müdafiə Nazirliyinin məlumatına görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Digər iki hərbi qulluqçumuz - Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq