Bakıda 5 müəllim və bir uşaqda koronavirus aşkarlanıb - 9 şagird təcrid edilib
Tarix: 05-02-2021 11:32 | Bölmə: Cəmiyyət
Bakıda 5 müəllim və bir uşaqda koronavirus aşkarlanıb - 9 şagird təcrid edilib

Fevralın 1-dən ötən müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 5 müəllim və məktəbəhazırlıq qrupuna cəlb olunan bir uşaqda koronavirus infeksiyası aşkar olunub.

BŞTİ-nin məlumatına görə, 9 şagird, 2 müəllim, 1 məktəb psixoloqu, 1 laborant, 1 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini isə koronavirus xəstəsi ilə təmasda olduğu üçün özünütəcrid rejiminə keçib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq