BMT rəsmisi ilə məcburi köçkünlərin qayıdışı müzakirə olunub
Tarix: 05-02-2021 13:34 | Bölmə: Cəmiyyət
BMT rəsmisi ilə məcburi köçkünlərin qayıdışı müzakirə olunub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Reyting.az
Dövlət Komitəsinə istinadla xəbər veirr ki, münaqişənin davam etdiyi 30 ilə yaxın dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin sosial problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Qonağa işğal dövründə ərazilərimizə dəymiş ziyanın qiymətləndirilməsi, zəruri infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Bildirilib ki, ərazilərin minalardan təmizlənməsi işi sürətləndirilib, yaşayış yerlərinin bərpası zamanı “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyasına üstünlük verilməsi nəzərdə tutulur. Ölkə rəhbərinin tapşırığı əsasında, işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı, Böyük Qayıdışın həyata keçirilməsi üçün Strateji Fəaliyyət Planı və Tədbirlər Planı hazırlanıb.

Komitə sədri məcburi köçkünlərin artıq öz daimi yaşayış yerlərinə qayıdışına hazırlıq aparıldığını diqqətə çatdırıb. Bu prosesin beynəlxalq normalara uyğun həyata keçirilməsi, dinc əhalinin təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi mühüm vəzifə kimi qarşıya qoyulub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso qeyd edib ki, təmsil etdiyi qurum qaçqın və məcburi köçkünlərlə bağlı öhdəsinə düşən vəzifələrlə bağlı əməkdaşlıq etməyə hazırdır, bu istiqamətdə səylərini əsirgəməyəcək.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq