Dünən partlayışda həlak olan əsgər dəfn olunub - Fotolar
Tarix: 05-02-2021 14:13 | Bölmə: Cəmiyyət
Dünən partlayışda həlak olan əsgər dəfn olunub

Fevralın 4-də Ağdam rayonu ərazisində partlayışda həlak olmuş əsgər dəfn olunub.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü Zeynalov Qubad İslam oğlu doğulduğu Hacıqabul rayonunda bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda bildirilir ki, fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub, digər iki hərbi qulluqçu - Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq