17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bakı təhsil idarəsinin müdirinə iki müavin təyin olunub
Tarix: 05-03-2021 12:30 | Bölmə: Cəmiyyət
Bakı təhsil idarəsinin müdirinə iki müavin təyin olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifələrinə yeni təyinatlar olub.

İdarədən Reyting.az-a verilən məlumata görə, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən Xəyalə Əhmədzadə və Orxan Kərimov qurumun müdir müavini vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bu təyinata qədər Xəyalə Əhmədzadə Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini və direktor vəzifələrində, Orxan Kərimov isə Azərbaycan Respublikası Təhsil İnstitutunun Layihə Katibliyinin rəhbəri vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}