Tikinti şirkətində bədbəxt hadisə baş verib
Tarix: 07-03-2021 09:09 | Bölmə: Cəmiyyət
Tikinti şirkətində bədbəxt hadisə baş verib

Bakıda tikinti şirkətində bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində fəaliyyət göstərən tikinti şirkətlərinin birində qeydə alınıb.

İş zamanı əli elektrik dəzgahına düşən 1979-cu il təvəllüdlü Heydərov Namiq Bəhram oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq onun sağ qolu amputasiya olunub.

Hadisənin təfərrüatı aidiyyəti üzrə araşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}