07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
FHN təhlükə barədə xəbərdarlıq edib - Video
Tarix: 07-03-2021 20:42 | Bölmə: Cəmiyyət
FHN təhlükə barədə xəbərdarlıq edib

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Reyting.az-a verilən məlumata görə, bununla bağlı, paytaxt Bakı şəhərində müxtəlif ünvanlarda küclü külək səbəbindən insan həyatı və sağlamlığı üçün yaranmış təhlükəli hallarla bağlı nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında müvafiq zəruri təhlükəsizlik tədbirləri görülüb.

Belə ki, daxil olmuş zənglər əsasında FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi və Nərimanov rayonu, Həsənoğlu küçəsində beşmərtəbəli binaların dam örtüklərində asılı vəziyyətdə qalmış dəmir parçalarının kənarlaşdırılması və ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, habelə Binəqədi rayonu, 3-cü Mədən küçəsində obyektdə yaranmış təhlükəli vəziyyəti aradan qaldırıblar.

FHN bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edir.











Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}