16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Narkotacirdən 10 kiloqram marixuana götürülüb - Fotolar
Tarix: 09-03-2021 10:50 | Bölmə: Cəmiyyət
Narkotacirdən 10 kiloqram marixuana götürülüb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan şəxsi saxlayıb.

DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildiriblər ki, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəlcə rayonun Əmircan kənd sakini, əvvəllər də məhkum olunmuş Novruz Nəbiyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı sellofan torbada 163 qramdan artıq qurudulmuş marixuana aşkar edilib.

Araşdırma zamanı N. Nəbiyevin narkotik vasitəni cəzaçəkmə müəssisəsində tanış olduğu rayonun Əlibəyli kənd sakini, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Martiko Aslamazaşvilidən aldığı müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı ünvana da baxış keçirilib və oradan 10 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. M. Aslamazaşvili isə tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.









Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}