Qəbələdə koronavirus xəstəsi saxlanılıb
Tarix: 06-04-2021 13:13 | Bölmə: Cəmiyyət
Qəbələdə koronavirus xəstəsi saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Qabil Cəlilovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, həmin şəxs kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı evə geri qaytarılıb.

Q.Cəlilov barəsində Qəbələ RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq