Mərkəzi Xəstəxananın rəhbərinə rüşvətə görə cinayət işi başlanılıb
Tarix: 06-04-2021 16:40 | Bölmə: Cəmiyyət
Mərkəzi Xəstəxananın rəhbərinə rüşvətə görə cinayət işi başlanılıb

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nuru Nuriyev və kadrlar şöbəsinin vəzifəli şəxsi Sücaət Hacıyeva rüşvət almaqda təqsirləndirilir.

Məlumata görə, hər iki şəxs barəsində cinayət işinin istintaqı başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Bilal Məmmədovun sədrlik etdiyi cinayət kollegiyasının icraatındadır.

Nuriyev Nuru İbad oğlu və Hacıyeva Sücaət Əvəz qızına Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ititham verilib.

Qeyd edək ki, N.Nuriyev 20 ildən artıq Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, xəstəxana publik hüquqi şəxsə çevrildikdən sonra isə direktor işləyib/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq