BŞİH: “Bakıda yalnız 9 bağça karantinə bağlanıb”
Tarix: 07-04-2021 09:35 | Bölmə: Cəmiyyət
BŞİH: “Bakıda yalnız 9 bağça karantinə bağlanıb”

Hazırda Bakı şəhərindəki bütün dövlət uşaq bağçaları Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarına uyğun mövcud vəziyyət nəzərə alınmaqla və müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə fəaliyyət göstərir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidmətindən Reyting.az-a bildiriblər ki, bununla əlaqədar BŞİH-nin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Bağçalar tibbi maskalar, əlcəklər, hərarət ölçən aparatlar, dezinfeksiya məhlulları ilə tam təmin edilib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılıb, burada mütəmadi dezinfeksiya işləri aparılır.

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçülür, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayırlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılır.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, bu gün Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində 348 məktəbəqədər təhsil müəssisəsi var və onların 330-u fəaliyyət göstərir. Hazırda yalnız 9 bağça koronavirusla bağlı karantinə bağlanıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq