23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Azərbaycanlı BP-də yüksək vəzifəyə təyin edilib
Tarix: 07-04-2021 13:07 | Bölmə: Cəmiyyət
Azərbaycanlı BP-də yüksək vəzifəyə təyin edilib

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev ilə BP-nin Gürcüstan üzrə ölkə rəhbəri Aytən Hacıyeva arasında görüş keçirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Məlumata görə, səfir F.Quliyev A.Hacıyevanı yeni təyinatı münasibətilə təbrik edib, Azərbaycan Respublikası vətəndaşlarının böyük transmilli şirkətlərdə yüksək vəzifə tutmasının önəmini vurğulayıb.

Səfir BP-nin neft və qaz sahəsində ölkəmizin əsas tərəfdaşlarından olduğunu və regionda həyata keçirilmiş iri enerji infrastrukturu layihələrinin, o cümlədən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, eləcə də, Cənub Qaz Dəhlizinin bu uzunmüddətli əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib. Diplomat bu illər ərzində SOCAR ilə BP arasında sıx əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

Görüşdə A. Hacıyeva BP-nin Gürcüstandakı fəaliyyəti və gələcək planları barədə məlumatları bölüşüb. Bildirib ki, bu il BP-nin Gürcüstanda fəaliyyətinin 25 ili tamam olur və hazırda şirkət neft və qaz sektoru ilə yanaşı, gələcəkdə Gürcüstan və regionda bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsini də təşviq edir.

Görüşdə tərəflər Gürcüstanda biznes mühiti, bu ölkədə Azərbaycan şirkətlərinin fəaliyyəti və onlar tərəfindən yatırılan sərmayələr ətrafında müzakirələr aparılıb, bu xüsusda Gürcüstanda Azərbaycan İş Adamları Birliyinin (AZEBİ) fəaliyyətinin əhəmiyyətini vurğulanıb. Həmçinin, söhbət zamanı hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə birgə tədbirlərin təşkili, habelə, Azərbaycan şirkətləri tərəfindən Gürcüstanda həyata keçirilən sosial layihələrlə bağlı fikir mübadiləsi aparılıb.(Trend)




Bölməyə aid digər xəbərlər