13:30 / 19-05-2025
Rusiyanın Qara dənizdəki radarını məhv ediblər
13:29 / 19-05-2025
Azərbaycan və İran hərbçilərinin birgə təliminin açılış mərasimi keçirilib - Video
13:09 / 19-05-2025
Terror qruplaşmasında iştirak edən şəxsləri Azərbaycana gətiriblər - (Video)
13:03 / 19-05-2025
Qitələrarası raketin buraxılışı uğursuz olub
12:51 / 19-05-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:46 / 19-05-2025
Həsənquliyev: Həcc ziyarəti üçün vəsait toplamaq çətinləşib
12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
12:31 / 19-05-2025
Görkəmli sənətkarın oğlu: "Anamdan mənə bircə evi yadigar qalıb"
12:05 / 19-05-2025
Putin-Tramp görüşü reallaşa bilər
11:53 / 19-05-2025
Baxçalara qəbul dayandırılıb
11:26 / 19-05-2025
DİM imtahan iştirakçılarına müraciət edib
11:04 / 19-05-2025
Qarabağda daha 1291.8 hektar ərazi minalardan təmizlənib
11:02 / 19-05-2025
Bu gecə Bakıya leysan yağacaq - Xəbərdarlıq
10:53 / 19-05-2025
Tehran Tacikistan üçün Hind okeanına yol açır
10:30 / 19-05-2025
Kreml müharibəni bitirməyi planlaşdırmır
10:25 / 19-05-2025
Rasim Balayev: "Onun qaranlıq taleyi dərhal araşdırılmalıdır”
10:07 / 19-05-2025
Bank kratlarından 16 min manat oğurlanıb
10:00 / 19-05-2025
Rusiya üzərində daha 35 PUA vurulub
09:46 / 19-05-2025
Müəllim məktəbdə xəsarət alıb - Direktor cərimələnib
09:41 / 19-05-2025
Baydenin səhhəti Trampı kədərləndirib
09:37 / 19-05-2025
Bakıda moped sərnişini faciəvi şəkildə ölüb
08:37 / 19-05-2025
Paytaxt meri prezident seçilib
08:33 / 19-05-2025
İsrail ordusu fələstinlilərin Qəzzadakı xəstəxanasını sökür
08:24 / 19-05-2025
Stepaşin: Putin təkbətək görüşdə Zelenskini “sıradan çıxaracaq”
08:18 / 19-05-2025
“Qara dəliklər”in sirri açılıb
08:12 / 19-05-2025
Ukraynanın “Avroviziya”dakı münsifləri tənqid edilib
08:08 / 19-05-2025
Avropa Ukrayna münaqişəsinə görə ittiham olunur
07:41 / 19-05-2025
"Türk-Xaqan" yazısı həkk edilmiş qədim sikkə tapılıb
00:38 / 19-05-2025
Baydendə ağır xəstəlik aşkar ediblər
18:12 / 18-05-2025
Mənim çayımı tünd elə, a bala! - İmarət Cəlilqızı yazır
15:02 / 16-05-2025

23:22 / 14-05-2025

10:14 / 15-05-2025

15:22 / 15-05-2025

12:42 / 15-05-2025

11:59 / 15-05-2025

19:34 / 14-05-2025

14:34 / 14-05-2025

09:51 / 16-05-2025

17:37 / 16-05-2025

18:20 / 15-05-2025

09:31 / 15-05-2025

VPN istifadəçilərinə xəbərdarlıq: provayderlər təhlükəsizliyi risk altında qoyur
Tarix: 07-04-2021 13:25 | Bölmə: Cəmiyyət

Hansısa sayta giriş məhdudlaşanda adamlar virtual xüsusi şəbəkələrdən (VPN-lər) istifadəyə ən operativ həll yolu kimi baxırlar. Bəs VPN-dən istifadə nə dərəcədə təhlükəsizdir? Bu xidməti təqdim edən provayderə etibar etmək olarmı? İstifadəçiyə aid məlumatlar VPN-də qorunurmu? Bizim internetdə qoyduğumuz izlər nədən ibarətdir? Problemin başqa həll yolu varmı? Almaniyanın “Deutsche Welle” kanalının internet səhifəsində yerləşdirilmiş məqalədə bu və digər suallara aydınlıq gətirilir. Reyting.az Novator.az-ın almancadan çevirdiyi məqaləni təqdim edir:
Getdikcə daha çox ölkə öz ərazisində xoşagəlməz saytları bloklamağa, yaxud internetdə müxalifətin və şikayətçi kütlənin paylaşdığı informasiyanı nəzarətdə saxlamağa başlayıb.
İnternetə dövlət nəzarəti artdıqca istifadəçilər problemlərlə qarşılaşır, məsələn, “Deutsche Welle” və digər özəl saytlardan istifadə edə bilmirlər. Müxalif fəalların qısa müddət əvvəl etiraz aksiyaları təşkil etmək üçün istifadə etdikləri sosial media platformaları birdən-birə oflayn rejimə keçir.
Operativ həll yolu: VPN
Hökumət çətin vəziyyətlərdə internetə senzura tətbiq etdikdə çarəsiz qalmış bir çox istifadəçi sadə həll yollarına üz tutur. Bu sadə həll yollarından ən birincisi virtual xüsusi şəbəkələrdir (VPN-lər).
VPN-lərin yaradılmasında əsas məqsəd müxtəlif yerlərdə fəaliyyət göstərən şirkətlərə internetdə şifrlənmiş kanallar vasitəsilə öz daxili şəbəkələrinə (intranetlərə) qoşulmaq imkanı yaratmaq idi. VPN-lər həmçinin eyni prinsipdən istifadə edərək şəxsi kompüteri hökumətin nəzarətində olan ödənişli şəbəkədən ödənişsiz internetdəki serverə qoşmaq üçün də istifadə oluna bilər.
Provayderlər böyük vədlər verirlər
Artıq VPN-lərdən hər kəs istifadə edə bilir. VPN-ə qoşulmaq üçün proqramlar pulsuz təqdim olunur. VPN üzrə tətbiqi proqramlar hətta bəzi reytinqlərdə üst pillələri tutur. Lakin istifadəçilər bir qayda olaraq bu vəziyyətdə mövcud riskləri nəzərə almırlar.
VPN üzrə tətbiqi proqramların sayı-hesabı yoxdur. Provayderlər isə çox böyük vədlər verirlər. Onlar iddia edirlər ki, əgər öz mobil telefonlarınızda onların proqram təminatını quraşdırsanız internetdən tam təhlükəsiz şəkildə istifadə edə biləcəksiniz. Bundan başqa, provayderlər sizin şəxsi məlumatlarınızın potensial təhlükəli qüvvələrin əlinə keçməyəcəyini vəd edirlər.
Biz VPN barədə onu bilirik ki, əgər VPN işləyirsə, digər ölkələrdən ötürülən xidmətlərdən istifadə edə, hökumət senzurasından keçə və bloklanmış saytlara daxil ola bilərik.
VPN-lər necə işləyir?
VPN sizin smartfonunuzdan və ya kompüterinizdən kənar VPN serverinə şifrlənmiş tunel yaradır. Siz bu son nöqtədən internetə ümumi çıxış imkanı əldə edə bilərsiniz. İnternetdən istifadə etdiyiniz zaman saytların operatorları sizin kompüterinizi VPN serveri kimi görür.
Məsələn, əgər siz öz kompüterinizdən, yaxud smartfonunuzdan Almaniyada istifadə edirsinizsə, lakin VPN serveriniz Yaponiyada yerləşirsə, daxil olmaq istədiyiniz saytların operatorları sizin Yaponiyada olduğunuzu düşünəcək. Çünki gizlənqaç oyununu xatırladan bu prosesdə siz internetə öz İP ünvanınızdan (internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı) deyil, VPN serverinin İP ünvanından istifadə etməklə daxil olursunuz.
VPN-dən istifadə edərkən sizi tapa bilərlərmi?
Əslində, internet trafikini nəzarətdə saxlayan hökumətlər VPN-dən istifadə edən şəxsləri tapmaq imkanına malikdirlər. Lakin onlar VPN vasitəsilə hansı əməliyyatları apardığınızı öyrənə bilməzlər. Məsələn, VPN tuneli ilə hansı məlumatların daxil olduğunu və göndərildiyini aşkarlamaq mümkün deyil.
Məhz bu səbəbdən diktator rejiminin hökm sürdüyü bəzi ölkələr VPN-dən istifadəyə qadağa qoyub. Belə rejimlər həmçinin xaricdəki VPN serverlərinə çıxışı bloklayır, hətta çox nadir hallarda da olsa, ayrı-ayrı istifadəçiləri təqib edir. Xarici şirkətlərin əksəriyyəti şirkət daxilində əlaqə vasitəsi kimi VPN-lərdən istifadəyə üstünlük verdiklərinə görə hökumətlər bütün VPN serverlərinə qadağa qoya bilmirlər.
Hökumətlər öz şəbəkə mühafizə sistemlərində xarici VPN serverlərinin İP ünvanlarını siyahıya almayıblarsa və bloklamayıblarsa, o vaxtacan senzuradan yayınmaq üçün bu serverlərdən istifadə etmək mümkün olacaq.
Məlumatların təhlükəsizliyi VPN-də nə dərəcədə təmin olunur?
Məlumatların təhlükəsizliyi VPN-lərlə bağlı ikinci zəif məqamdır: sizin bütün məlumatlarınız VPN provayderinin əlinin altından keçir. Bəs siz bu provayderi tanıyırsınızmı? Onun hansı məqsədlə fəaliyyət göstərdiyini bilirsinizmi? Əslində, məlumatların məxfiliyini qorumaq üçün provayderinizə etibar etməli olacaqsınız.
Tuneli məhz provayder idarə etdiyinə görə o, hansı saytlara nə vaxt və hansı aralıqda daxil olduğunuzu görə bilir. Provayder həmçinin yazışmalarınızın şifrlənməmiş məzmununu, məsələn, adi elektron məktubları görmək imkanına malikdir.
Bu məlumatlar saxlanıla bilər. Xüsusilə də hansı internet resurslarından istifadə etdiyiniz barədə məlumatların marketinq məqsədilə satılması mümkündür. Məlumatların satılması VPN provayderləri üçün uğurlu biznes modeli ola bilər. Provayderlər VPN-dən istifadə qarşılığında müştəridən abunə haqqı alaraq pul qazanır. Eyni zamanda onlar internetdən istifadə barədə məlumatları reklam sənayesinə sataraq gəlir əldə edirlər.
Ən təhlükəli vəziyyət odur ki, provayderlər bu məlumatları hökumət orqanlarına sata, yaxud təqdim edə bilərlər. Provayderlər məlumatlarınızı satmayacaqlarına söz versələr də, məlumatların onlar tərəfindən saxlanılması təhlükəsizliyinizi risk altında qoyur. Hər gün həm təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə olmaması səbəbindən, həm də haker hücumları nəticəsində məlumatların məxfiliyinin pozulduğu barədə xəbərlər eşidirik.
Ən yaxşı həll yolu: “Tor” dizayn məxfiliyi
Ən yaxşısı odur ki, serverdə heç bir məlumat toplanmasın. Əgər VPN provayderi məlumatlarınızı toplamayacağını vəd edirsə, ona inanmaq olar. Lakin sizdən heç bir məlumat tələb etməyən sistem daha təhlükəsiz hesab olunur.
“Tor” məhz bunun üçün nəzərdə tutulub. “Tor” birbaşa “Tor” brauzerinin vasitəsilə üçqat tunel yaradır. “Tor”un əsas funksiyası tunellərlə deyil, şifrləmə qatları ilə əlaqəlidir. “Tor” sözü ingilis dilində “çoxqatlı marşrutlaşdırma” mənasını verən “The Onion Routing” ifadəsindən götürülüb.
“Tor”un müsbət cəhəti ondadır ki, onun şifrləmə qatlarının heç biri sizin kimliyiniz və istifadə etdiyiniz internet resursları barədə məlumat toplamır. Sizin baxdığınız internet səhifələri, bu səhifələrə nə vaxt və hansı ardıcıllıqla daxil olduğunuz barədə məlumatlar saxlanmır, çünki sistem bu cür məlumatları ümumiyyətlə toplamır. Ona görə də bütün bu funksiyalar “dizayn məxfiliyi” adlanır.
“Tor” könüllülər tərəfindən idarə olunan və maliyyələşdirilən qeyri-kommersiya layihəsidir. “Tor” istifadəçilərə tamamilə pulsuz təqdim olunur. Lakin bu layihədə çox kiçik bir çatışmazlıq var: internet bağlantısı bəzən kəsilə bilər. Təəssüf ki, təhlükəsizlik və məxfiliyi belə yüksək səviyyədə təmin edən bu sistem sürət və rahatlıq baxımından heç də əlverişli deyil.
Xarici İP ünvanından istifadə edərək brauzerinizlə internetə rahat şəkildə daxil olmaq istəyirsinizsə və məxfiliyin qorunmasına ehtiyac duymursunuzsa, ən çox etibar etdiyiniz VPN provayderindən istifadə edə bilərsiniz. Lakin bu zaman öz reytinq cədvəlində hər hansı VPN provayderini yüksək qiymətləndirən VPN müqayisə portallarına etibar etməmək tövsiyə olunur.
Çünki bir çox halda bu portalların reytinqi həqiqəti əks etdirmir və orada sponsorluq əsasında VPN provayderlərinə keçid təqdim olunur. Bunun əvəzinə, rəqəmsal təhlükəsizlik üzrə etibarlı mütəxəssislərin fikrini öyrənmək və ya nüfuzlu jurnallardan mövcud VPN-lər barədə rəyləri oxumaq daha yaxşıdır.
Bizim internetdə qoyduğumuz izlər
Bir kompüterdən digərinə internet vasitəsilə məlumat ötürülən zaman İP ünvanları həmişə mübadilə edilir. İP ünvanı yoxdursa, internetdən istifadə də mümkün deyil. Lakin bəzən İP ünvanı vasitəsilə şəxsin kimliyinin müəyyənləşdirilməsi məsələsi həddən artıq şişirdilir. İP ünvanları çox nadir hallarda konkret şəxslərlə əlaqəli olur.
Eyni vəziyyət kukilər (ingiliscə “cookies” sözündən götürülüb, “kiçik mətn faylları” deməkdir) üçün də keçərlidir. İstifadəçi kukiləri söndürə bilər. Kukilər, çoxdandır ki, “Facebook” və “Google” kimi internet nəhəngləri üçün öz əhəmiyyətini itirib. Bu fakt “Google” şirkətinin ən son bəyanatında da əksini tapıb. Bəyanatda “Google” şirkəti öz “Chrome” brauzerlərində 3-cü tərəflərin kukilərini saxlamaq istəmədiklərini qeyd edir.
Həmçinin internet istifadəçilərinin şəxsiyyəti artıq daktiloskopik proseslərin köməyilə daha dəqiq müəyyənləşdirilə bilər. Brauzerlər saat qurşağı, klaviaturanın sxemi, quraşdırılmış proqram modulları və qrafik elementlərin yaradılması haqqında məlumatları toplayır.
Barmaq izləri istifadəçilərin kimliyini yüz faizədək dəqiq müəyyənləşdirməyə imkan verir. Böyük internet şirkətlərində bu metoddan geniş istifadə olunur. Məsələn, “Amazon” və ya “Google”da giriş üçün tələb olunan barmaq izi şəxsin həqiqi kimliyi ilə birbaşa əlaqələndirilir.
Bu barmaq izləri yalnız internet nəhənglərinin saytında deyil, həmçinin üçüncü tərəf saytlarda da qeydə alınır.
Məsələn, əgər siz üçüncü tərəf serverin təqdim etdiyi təsvirlər və ya “jаvascript” kimi elementlərin mövcud olduğu www.xyz.com saytına baş çəksəniz, həmin server sizin məlumatlarınızı www.xyz.com saytının gördüyü kimi görəcək.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:51
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 12:42
Keçmiş məmura hökm oxunub
Bu gün, 11:53
Baxçalara qəbul dayandırılıb
Bu gün, 11:02
Bu gecə Bakıya leysan yağacaq - Xəbərdarlıq
Bu gün, 10:07
Bank kratlarından 16 min manat oğurlanıb
Bu gün, 09:46
Müəllim məktəbdə xəsarət alıb - Direktor cərimələnib
Bu gün, 09:37
Bakıda moped sərnişini faciəvi şəkildə ölüb
Bu gün, 07:41
"Türk-Xaqan" yazısı həkk edilmiş qədim sikkə tapılıb
Dünən, 12:42
Sabah hava necə olacaq? - Proqnoz
17-05-2025, 13:59
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
17-05-2025, 12:06
Sabahın hava proqnozu açıqlanıb
16-05-2025, 21:39
Sumqayıtda daha bir nəfər dəm qazından ölüb
16-05-2025, 18:31
Gizlədilmiş üç vaqon qızılın yerini müəyyən ediblər - Foto
16-05-2025, 12:23
Sabahın hava proqnozu açıqlanıb
16-05-2025, 11:02
Nazirliyin keçmiş vəzifəli şəxsi həbsdə ölüb
16-05-2025, 10:33
Həbsdəki oğluna narkotik keçirmək istəyən qadın saxlanılıb
16-05-2025, 08:19
Rusiya jurnalist və siyasi fəal İlya Azarı axtarır
15-05-2025, 23:13
İcraçı direktor vəzifədən azad olunub
15-05-2025, 18:45
“Ulduz”lu görüşlər”in növbəti qonağı Elçin Mirzəbəyli olub - Fotolar
15-05-2025, 16:25
Ölən ulduzun səs yazısını mahnıya çeviriblər
15-05-2025, 14:16
Vəzifə arzusu həkimə baha başa gəlib - Məhkəmə prosesi
15-05-2025, 13:41
Sabah hava necə olacaq? - Proqnoz
15-05-2025, 11:44
Natiq Məmmədli: "Gənc jurnalistlərə demək istəyirəm ki..."
15-05-2025, 11:30
Məmurların cinayət işində prokurorluq əməkdaşı ifadə verib
15-05-2025, 09:58
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
15-05-2025, 00:12
Azərbaycanlı tələbənin meyiti 40 gün sonra Kür çayından tapılıb
14-05-2025, 23:10
İnsanlar Marsda yaşaya bilərmi?
14-05-2025, 19:38
Rusiya azərbaycanlı blogeri axtarışa verib - Foto
14-05-2025, 17:47
Zəngin qadın bahalı çanta götürməyi utancverici sayır
14-05-2025, 17:44
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür
14-05-2025, 17:02
Maşın 11-ci sinif şagirdini vuraraq öldürüb
14-05-2025, 16:01
İlhamə Elşadqızı: "Narkoman deyiləm..."
14-05-2025, 15:20
Keçmiş mətbuat katibi İcra Hakimiyyətindəki vəzifəsindən ayrılııb
14-05-2025, 12:42
Nazirliyin sabiq idarə rəisinin cəzası azaldılıb
14-05-2025, 12:29
Sabah leysan yağacaq
14-05-2025, 09:43
Ay torpağından oksigen hasil edəcəklər - Fotolar
13-05-2025, 23:00
Xəstəxanaya direktor təyinatı olub
13-05-2025, 21:12
Nalayiq hərəkətlər edən vəzifəli şəxs işdən qovulub
13-05-2025, 16:00
Magistraturalara imtahanın nəticələri elan olunub
13-05-2025, 15:02
Şərurlu İsfəndiyar məhkəməyə gəlib - Qalmaqal
13-05-2025, 12:46
Müəllimlərin sertifikasiya imtahanının vaxtı bəlli olub
13-05-2025, 12:34
Sabah yağış yağacaq
13-05-2025, 10:37
İnsan alveri: 11 nəfər beynəlxalq axtarışa verilib
13-05-2025, 09:48
İcra başçısı Ali Məhkəmənin qərarını icra etmir
13-05-2025, 08:21
Sakit okeanda zəlzələ baş verib
13-05-2025, 00:33
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi qəfil vəfat edib
12-05-2025, 21:24
"Son zəng" üçün pul tələb edən məktəb direktoru vəzifədən çıxarılıb
12-05-2025, 18:26
Bir milyon dollarlıq qarışqa yükü tutulub - Foto
12-05-2025, 17:18
1868 müəllim iş yerini dəyişib
12-05-2025, 15:07
Daha 77 mina, 274 PHS aşkar ediblər - Foto