12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Şabranda daha bir koronavirus xəstəsi saxlanılıb
Tarix: 08-04-2021 11:44 | Bölmə: Cəmiyyət
Şabranda daha bir koronavirus xəstəsi saxlanılıb

Şabranda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb.

Reyting.az
Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Şabran rayon sakini Akif Kərimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, lakin adı çəkilən şəxs karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan A.Kərimovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Şabran Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq