12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Baş prokuror itkin düşən hərbçilərin ailə üzvləri ilə görüşüb
Tarix: 08-04-2021 12:45 | Bölmə: Cəmiyyət
Baş prokuror itkin düşən hərbçilərin ailə üzvləri ilə görüşüb

Bu gün Baş Prokurorluqda Baş Prokuror Kamran Əliyevin Vətən müharibəsində itkin düşən soydaşlarımızın ailə üzvləri ilə görüşü olub.

Baş Prokurorluğun mətbuat xiudmətindən bildirilib ki, görüş zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlənilib. Ailə üzvləri tərəfindən səsləndirilmiş şikayətlər qeydiyyata alınaraq hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Əsas və ağrılı problemlərimizdən biri olan itkinlərin axtarışı məsələsində mövcud problemlərin həlli ilə bağlı mümkün olan bütün imkanlardan istifadə ediləcəyi bildirilib.

***

Baş prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən hərbçilərin ailə üzvlərini Baş Prokurorluqda qəbul edir.

Məlumata görə, Baş prokuror Prezidentin tapşırığı ilə bu məsələ ilə məşğul olduqlarını deyib:

“Mən sizi nə işlər görüləcəyi ilə bağlı məlumatlandıracam. Ölkə Prezidentinin tapşırığı ilə bu məsələylə bütün əlaqədar dövlət qurumları məşğuldur, işləyirlər”/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq