12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Abşeronda toy: təşkilatçılar və qonaqlar cərimələnib
Tarix: 09-04-2021 10:07 | Bölmə: Cəmiyyət
Abşeronda toy: təşkilatçılar və qonaqlar cərimələnib

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən şadlıq evlərindən birinin icarədarı Ceyran Məmmədova və restoranın inzibatçısı Nazir Cəlilovun iştirakı ilə toy mərasimi təşkil edildiyi müəyyənləşib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları obyektin icarədarı, xidməti personal, mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüblər.

Onlarla profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə toyda iştirak edən 38 nəfər, eləcə də obyektin inzibatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar 200 manat məbləğində cərimələniblər. Mərasimin təşkilinə şərait yaradan şadlıq sarayının rəhbəri isə 5000 manat cərimə olunub.



Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq