Britaniya Azərbaycan Ordusunun zabitini təltif edib - Foto
Tarix: 09-04-2021 10:53 | Bölmə: Cəmiyyət
Britaniya Azərbaycan Ordusunun zabitini təltif edib

Azərbaycan Ordusunun zabiti Murtuz Zeynalov Böyük Britaniyanın Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə diplomu ilə başa vurub.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tvitter hesabında bildirilib.

"Zabit Murtuz Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə “Hodson’s Horse Award” mükafatına layiq görülüb.

Birləşmiş Krallıq mütəmadi olaraq Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir", - səfirlikdən qeyd olunub/Report.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq