12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verilib
Tarix: 09-04-2021 14:02 | Bölmə: Cəmiyyət
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 30 mənzil təqdim edilib.

Nazirlikdən Reyting.az-a bildirilib ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevvə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iştirak ediblər.

S.Babayev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm Zəfər əldə edən Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri də geniş miqyas alıb. Xüsusilə bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Nazir son üç ildə də təqdim edilən mənzil və fərdi evlərin sayında ciddi artımı diqqətə çatdırıb. Bildirib ki, 2018-ci ildə 626 ədəd, 2019-cu ildə bundan 50% çox olmaqla 934 ədəd, 2020-ci ildə əvvəlki ilə nisbətən 70%-ə qədər çox, yəni 1572 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq