Ölkəmizdə daha iki gün ictimai nəqliyyat işləməyəcək
Tarix: 10-04-2021 00:04 | Bölmə: Cəmiyyət
Ölkəmizdə daha iki gün ictimai nəqliyyat işləməyəcək

Bu gündən aprelin 12-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq