23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Sumqayıt şəhərində 3 koronavirus xəstəsinə cinayət işi açılıb
Tarix: 10-04-2021 12:42 | Bölmə: Cəmiyyət
Sumqayıt şəhərində 3 koronavirus xəstəsinə cinayət işi açılıb

Sumqayıt şəhərində 3 koronavirus xəstəsinə cinayət işi açılıb.

DİN-in mətbuat xidmətindən Reyting.az-a verilən xəbərə görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 9-da şəhər ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Həmin şəxslərdən 3-ü barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Digər 3 nəfər barəsində isə istintaq araşdırmalar davam etdirilir.




Bölməyə aid digər xəbərlər