23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Salyanda avtomobil qəzası: 5 nəfər xəsarət alıb
Tarix: 11-04-2021 10:41 | Bölmə: Cəmiyyət
Salyanda avtomobil qəzası: 5 nəfər xəsarət alıb

Salyan rayonunda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.

Reyting.az
-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının 37-ci kilometrliyində Salyan rayonunun Xələc kəndi ərazisində baş verib.

“Prado” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzada xəsarət alan Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü Bağırova Nübar Xanəhməd qızı, 2008-ci iil təvəllüdlü Bağırov Baqir Novruz oğlu, 1991-ci il təvəllüdlü Bağırov Hüseyn Novruz oğlu, 1970-ci il təvəllüdlü Bağırova Sevda Əhmədağa qızı və 2019-cu il təvəllüdlü Bağırov Əhməd Hüseyn oğlu Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alnlardan Hüseyn Bağırovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib.

Faktla bağlı BDYP araşdırma aparır.(APA)




Bölməyə aid digər xəbərlər