İmişlidə toy məclisi yarımçıq dayandırılıb
Tarix: 12-04-2021 12:08 | Bölmə: Cəmiyyət
İmişlidə toy məclisi yarımçıq dayandırılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbirlər zamanı rayonun Şahverdili kənd sakini Nail Əzimov yaşadığı evin həyətində qonaqların iştirakı ilə öz qohumuna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol verən 2 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq