Sabunçuda nişan mərasiminində iştirak edənlər məsuliyyətə cəlb edilib - Video
Tarix: 12-04-2021 13:17 | Bölmə: Cəmiyyət
Sabunçuda nişan mərasiminində iştirak edənlər məsuliyyətə cəlb edilib

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö.Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub.[/b]

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən[b] Reyting.az
-a verilən məlumata görə, polislər tərəfindən mərasimin qarşısı alınıb.

Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq