DTX: “151 nəfər ölkə vətəndaşlığından məhrum edilib”
Tarix: 12-09-2017 12:29 | Bölmə: Cəmiyyət
DTX: “151 nəfər ölkə vətəndaşlığından məhrum edilib”

"Bu gün dünyanın müxtəlif yerlərində davam edən hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq, ölkəmizin də təhlükəsizliyinə təsir göstərir”.

Reyting.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İlqar Musayev Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin "Vətəni müdafiəyə daim hazırıq" adlı forumunda deyib.

O qeyd edib ki, bunlara xüsusən son illərdə geniş vüsət almış dini radikallaşma meyllərinin güclənməsi, dini pərdə altında terrorçu və ekstremist fəaliyyətin yayılması kimi faktorlar da aiddir:

"Təəssüf ki, əksəriyyəti gənclər olan bəzi Azərbaycan vətəndaşları da radikal və ekstremist təbliğatın təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulublar. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb”.

İlqar Musayev bildirib ki, terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub: "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib”.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq
7-12-2024, 12:34 Sabah yağış yağacaq
6-12-2024, 12:29 Sabah yağış yağacaq
3-12-2024, 12:42 Sabah leysan yağacaq

bütün xəbərlər