Şəhid Elməddin Vəkilov dəfn olunub
Tarix: 08-05-2021 12:20 | Bölmə: Cəmiyyət / Xəbərlər
Şəhid Elməddin Vəkilov dəfn olunub

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan Elməddin Vəkilov dəfn olunub.

Reyting.az
xəbər verir ki, dəfndə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Mərhum Daşkəsən şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

***

Daşkəsəndə Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilovun cənazəsinin qarşısında qurbanlar kəsilib.

Məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsəndə yaşadığı evə gətirilib.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.

Şəhid hərbçimiz Daşkəsən Şəhidlər xiyabanında dəfn olunacaq/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}