Yeni yayılan virusla bağlı araşdırma başlayır
Tarix: 28-01-2022 09:09 | Bölmə: Cəmiyyət / Xəbərlər
Yeni yayılan virusla bağlı araşdırma başlayır

Cənubi Afrika Respublikasında aşkarlanan NeoCoV adlı yeni koronavirusun insanlar üçün təhlükəsi hələ öyrənilməyib.

Reyting.az
xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu barədə məlumat əldə edib və buna görə çinli alimlərə tədqiqatlarının nəticələrini preprintdə paylaşdıqları üçün təşəkkür bildirilib.

“RİA Novosti”nin ÜST-ə istinadla yaydığı məlumatda qeyd olunur ki, koronaviruslar tez-tez heyvanlarda, o cümlədən yarasalarda aşkarlanır və virusların çoxu üçün təbii anbar kimi müəyyən edilir.

Təşkilat eyni zamanda aşkarlanan virusun insanlar üçün təhlükə yaradıb-yaratmaması ilə bağlı əlavə araşdırma tələb olunacağını bildirib.

Qeyd edək ki, daha əvvəl Uhan Universitetinin bioloqları Cənubi Afrika Respublikasında yarasalarda NeoCoV koronavirusunun aşkar edildiyini bildiriblər. Çin mütəxəssislərinin fikrincə, virusun insanlar arasında da yayılması mümkündür. Amma əvvəlcə preprintdə olan məlumatlar ekspertlər tərəfindən yoxlanılmalıdır.

Oxşar patogenlər Rusiya, ABŞ, Kamboca, İsveçrə və digər ölkələrdə yarasaların və digər heyvanların populyasiyalarında mövcuddur. İnsanlarla vəhşi heyvanlar arasında təmas daha tez-tez baş verərsə, koronaviruslarla əlaqəli yeni pandemiyalar başlaya bilər.

Onu da diqqətə çatdıraq ki, SARS-CoV-2 kimi, Yaxın Şərq qızdırmasının patogeni də insanın ağciyərlərinə yoluxur.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər