09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Bakıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Tarix: 06-04-2022 14:38 | Bölmə: Cəmiyyət
Bakıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilir ki, partlayış zamanı xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb. Bundan başqa, tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb.

Hazırda tibb müəssisələrində ümumilikdə, 13 nəfər müalicə alır. Onlardan 10-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Qeyd edək ki, xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 5 nəfərdən 2-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq