Gecə klubundakı partlayışa görə həbs edilən şəxslə bağlı qərar verilib
Tarix: 07-04-2022 17:38 | Bölmə: Cəmiyyət
Gecə klubundakı partlayışa görə həbs edilən şəxslə bağlı qərar verilib

Bakıda gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulovun apellyasiya şikayətinə baxılıb.

Reyting.az
xəbər evrir ki, bu barədə APA-ya onun vəkili məlumat verib.

Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində Rəsul Rəsulovun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Rəsul Rəsulov yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyib.

Rəsul Rəsulovla yanaşı “Merser food” MMC-nin təsisçisi, klubun meneceri Orxan Səfərov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov saxlanılıb. Binəqədi rayon Məhkəməsinin qərarı ilə hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.




Bölməyə aid digər xəbərlər
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər