09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Gecə klubundakı partlayışda xəsarət alanlardan daha biri ölüb
Tarix: 09-04-2022 09:55 | Bölmə: Cəmiyyət
Gecə klubundakı partlayışda xəsarət alanlardan daha biri ölüb

Baş Prokurorluq Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.

Reyting.az
-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstənada ölüb. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.

Qeyd edək ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Başlanmış cinayət işi ilə bağlı 3 nəfər həbs edilib.(APA)




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq