09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Gecə klubunda yaralananlardan daha biri vəfat edib
Tarix: 10-04-2022 16:49 | Bölmə: Cəmiyyət
Gecə klubunda yaralananlardan daha biri vəfat edib

Bakının Səbail rayonundakı “Location” gecə klubunda yaralanan şəxslərdən daha biri vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib.

Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Məlumata görə, Ayxan gecə klubunda ofisiant işləyirmiş.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.

Hadisədən sonra 3 nəfər müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Beləliklə, həlak olanların sayı 4 nəfərə çatıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq