Arvadını çəliklə döyüb komaya salan 82 yaşlı kişi barəsində qərar verilib
Tarix: 11-04-2022 15:41 | Bölmə: Cəmiyyət
Arvadını çəliklə döyüb komaya salan 82 yaşlı kişi barəsində qərar verilib

Beyləqanda 81 yaşlı arvadını çəliklə döyərək komaya salan Nuru Həsənov məhkəmə qarşısına çıxarılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Nuru Həsənov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, aprelin 7-si saat 12 radələrində Beyləqan rayon sakini, 1941-ci il təvəllüdlü Dilarə Həsənovanın yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1940-cı il təvəllüdlü Nuru Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə Dilarə Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər