16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Polisin Bakıda törətdiyi qətllə bağlı görüntülər yayılıb - Video
Tarix: 12-04-2022 22:41 | Bölmə: Cəmiyyət
Polisin Bakıda törətdiyi qətllə bağlı görüntülər yayılıb

Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində serjant İsmayıl Məmmədovun həyat yoldaşı Xanım Məmmədovanı öldürməsi ilə bağlı görüntülər yayılıb.

Reyting.az
xəbər verir ki, qətlin törədildiyi anlar təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Daxili İşlər Nazirliyi polis şöbəsində baş verən qətlin görüntülərinin sosial şəbəkədə yayılmasına münasibət bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA-ya bildirib ki, sözügedən görüntülərin yayılmasında heç bir problem yoxdur və burada məxfilik rejimi pozulmayıb:

"Hadisədən sonra mərhumun yaxınları arasında yaranmış bəzi anlaşılmazlıqlara son qoymaq məqsədilə həmin görüntülər onlara təqdim edilib və bununla da onlarda yaranmış narahatlıqlar aradan qaldırılıb. Eyni zamanda videomüşahidə kamerasının görüntüləri məhkəməyə də təqdim edilib.

Odur ki, bir daha qeyd etmək istəyirəm ki, görüntülərin sosial şəbəkələrdə yayılması heç bir narahatlıq doğurmur".

Qeyd edək ki, hadisə ötən il sentyabrın 30-da baş verib. Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq həyat yoldaşı Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyənləşib.

Bu gün keçirilən məhkəmə prosesində İsmayıl Məmmədov 18 il azadlıqdan məhrum edilib.





Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}