9 milyona yaxın insan acından ölə bilər
Tarix: 15-04-2022 08:50 | Bölmə: Cəmiyyət
9 milyona yaxın insan acından ölə bilər

Cənubi Sudanın 9 milyona yaxın sakini dünya bazarında ərzaqların qiymətinin xeyli qalxması və silahlı qruplaşmaların hərəkətləri səbəbindən ərzaq yardımına kəskin ehtiyac duyur.

TASS xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Sudandakı missiyasının (UNMISS) rəhbəri Nikolas Heysom bildirib.

“Cənubi Sudan əhalisinin üçdə ikisi və ya 9 milyona yaxın insan – bunlardan 4,6 milyonu uşaqdır – sağ qalmaq üçün köməyə ehtiyac duyur. Ərzaq qıtlığı ölkənin müxtəlif bölgələrində hiss olunacaq”, - o, Afrika ölkəsinin paytaxtı Cubada keçirdiyi mətbuat konfransında deyib.

N. Heysom ölkənin təcili və daimi maliyyəyə ehtiyacı olduğunu vurğulayıb. “Yalnız dünya birliyinin birgə səyləri Cənubi Sudanda ən pis hadisələrin qarşısını ala bilər”, - N. Heysom bildirib.(Report)




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər