16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Azərbaycanda nazirin I müavini vəfat edib - Yenilənib
Tarix: 15-04-2022 13:30 | Bölmə: Cəmiyyət
Azərbaycanda nazirin I müavini vəfat edib

Bu gecə vəfat etmiş maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə Bakıdakı Qurd Qapısı qəbirstanlığında dəfn edilib.

Reyting.az
xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, o cümlədən maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavinləri Elnur Əliyev və Niyazi Səfəriv iştirak ediblər/Report.

İ.Fətizadə 1956-cı ildə anadan olub, 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) malliyyə-statistika ixtisası üzrə bitirib.

O, əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il ərzində qurumda baş iqtisadçı, şöbə rəisi, Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi, maliyyə nazirinin müavini vəzifələrində çalışıb, 1992-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədrinin I müavini olub, 1999-cu ildən isə maliyyə nazirinin I müavini vəzifəsinə təyin edilib.

O, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib. Ailəli idi. Bir övladı var.

Allah rəhmət eləsin!

***

Maliyyə naziri Samir Şərifovun I müavini İlqar Fəti-zadə vəfat edib.

Bu barədə “Report”a nazirlikdən bildiriblər.



Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}