Audiovizual media fəaliyyəti ilə bağlı dövlət rüsumlarının məbləği bəlli olub
Tarix: 15-04-2022 11:41 | Bölmə: Cəmiyyət
Audiovizual media fəaliyyəti ilə bağlı dövlət rüsumlarının məbləği bəlli olub

Milli Məclis Azərbaycanda audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumlarını III oxunuşda qəbul edib.

Reyting.az
-ın xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olması təklif edilir.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər