00:00 / 26-06-2025
Bu gün Silahlı Qüvvələri Günüdür
22:36 / 25-06-2025
MÜTDA: "7 müəllimin nəticəsi ləğv ediləcək"
21:49 / 25-06-2025
Tovuzda kütləvi zəhərlənmə olub - (Yenilənib)
19:56 / 25-06-2025
Ceyhun Bayramov İranın yeni səfirini qəbul edib
18:04 / 25-06-2025
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
18:00 / 25-06-2025
Beynəlxalq axtarışa verilmiş şəxsi Rusiyaya təhvil verilib
17:49 / 25-06-2025
Ter-Petrosyan II Qareginlə siyasi vəziyyəti müzakirə edib
17:44 / 25-06-2025
“Azəriqaz”ın baş direktoruna müavin təyin olunub
17:27 / 25-06-2025
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
17:02 / 25-06-2025
Trampla Zelenski Niderlandda görüşüblər
16:56 / 25-06-2025
Qırğızıstanda parno saytlara giriş bloklanıb
16:45 / 25-06-2025
Bakıda əməliyyat: saxlanılanlar var - Video
16:39 / 25-06-2025
Toy karvanında "avtoş"luq edən sürücülər saxlanılıb
16:20 / 25-06-2025
Səkkiz rayona prokuror təyin edilib - Yenilənib
15:59 / 25-06-2025
Kansler: Rusiya Avropanın sülh və siyasi nizamını təhdid edir
15:40 / 25-06-2025
“Pasportlar haqqında” qanun dəyişib
15:35 / 25-06-2025
Tramp Haaqada Zelenski ilə görüşəcək
15:29 / 25-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:26 / 25-06-2025
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
15:04 / 25-06-2025
“Kontakt Home” qanunu pozub
14:55 / 25-06-2025
Rəşad Əhmədzadə: “Beynəlxalq festivallarda iştirakımız ölkə teatrları üçün də uğurdur” - Müsahibə
13:50 / 25-06-2025
Nüvə müharibəsi... - Böyük fəlakətdən iki ölkə qurtulacaq
13:46 / 25-06-2025
İstintaq və təhqiqatçılara yeni səlahiyyət verilib
13:03 / 25-06-2025
İsrail-İran müharibəsi Zəngəzur yolunu aça bilər
12:58 / 25-06-2025
"Sumqayıt" daha üç futbolçu ilə yollarını ayırıb
12:51 / 25-06-2025
Həbsxanalarla bağlı Fəaliyyət Planı təsdiqlənib
12:38 / 25-06-2025
“Bəs bizdə niyə atom bombası yoxdur?”
12:33 / 25-06-2025
Bakıda minik maşını “KamAZ”la toqquşub - İki qadın xəsarət alıb
12:26 / 25-06-2025
Qadınlara qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
14:57 / 22-06-2025

06:06 / 22-06-2025

13:08 / 21-06-2025

15:58 / 21-06-2025

19:12 / 23-06-2025

16:45 / 21-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

10:14 / 24-06-2025

00:39 / 25-06-2025

07:09 / 24-06-2025

Şirkət rəhbəri: "Tenderdə qalib gəldiyimizə görə Vilyam Hacıyevə 990 min manat verdik"
Tarix: 15-04-2022 12:57 | Bölmə: Cəmiyyət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilib.
Məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Elnur İsayev bildirib ki, "MTC Company" MMC-nin həm icraçı direktoru, həmdə təsisçisidir.
Şahidin sözlərinə görə, İmişli RİH-in inzibati binasında tikilməsində onun şirkəti tenderi qazanıb və 2 dəfə V.Hacıyevin qəbulunda olub: "Binanın tikilməsi üçün bir neçə layihə təqdim etdik və ən yaxşısı seçildi, tenderi udduq. Buna görə 6 milyon 200 min manatlıq müqavilə bağlandı. Həmin pullar isə şirkətə yavaş-yavaş ödənilirdi. İlkin olaraq binanın tikintisi üçün bankdan pul götürmüşdük. Çünki onlar tərəfindən pul gecikirdi. Ayrılan puldan İmişli Rayon İcra Hakimiyyəti tərəfindən 4 milyona yaxın pul ödənildi. Həmin pullar bank hesabımıza ödənilib. Biz pulları bank hesabımızdan birdən-birə çıxartmırdıq. Tikintini öz vəsaitimiz hesabına, nağd gəlirlərimiz hesabına apardıq. Şirkətə köçürülən 4 milyona yaxın pul isə elə bank hesabımızda qalmışdı, 990 min manatı isə hissə-hissə İmişli Rayon İcra Hakimiyyətində şəxsən Vilyam Hacıyevin özünə verilib. Biz işi davam etdirmək üçün məcbur olub həmin pulları ona verdik. Çünki bizim layihələr üzrə rəhbərimiz Səhliyə xanıma deyilmişdi ki, pullar verilməsə, tender başqa şirkətə veriləcək".
Daha sonra digər şahid Hakim Fərəcov dindirilib. O, İmişli rayonunda sahibkarlıqla məşğul olduğunu deyib. Şahid söyləyib ki, müəssisəsi tikinti materiallarının istehsalı ilə məşğuldur: "2019-cu ildə rayonda abadlıq işlərinin aparılması üçün İmişli Rayon İcra Hakimiyyətindən 2 500 manat pul istənildi. Pulu rayon icra hakimiyyətinin mühasibatlığına verdim. Bir dəfə də işlədiyimiz yerdə vətəndaşlarla problemimiz oldu. Problemi həll etmək və aranın sakitləşdirilməsi üçün 8 min 500 manat pul verdim".
Şahid Rizvan Ağayev isə bildirib ki, tanışının torpağının sənədləşməsi üçün vasitəçi olub: "Elvin adlı tanışımın yaşadığı yerin həyətində 66 kv-lıq yer var idi. Ona sənəd istəyirdi. İcra hakimiyyətində Nazim müəllimlə danışdım. Buna görə 4 min manat pulu mənim yanımda Nazimə verdi".
Digər Şahid Oktay Gülmalıyevin sözlərinə görə, İmişlidə Əfqanıstan veteranının adına sosial ev alması üçün 15 min manatı rayonun maliyyə şöbəsinin rəisi Cəmil Musayevə verib.
Məhkəmənin növbəti iclası 18-nə təyin edilib/Report.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Bölməyə aid digər xəbərlər

Dünən, 22:36
MÜTDA: "7 müəllimin nəticəsi ləğv ediləcək"
Dünən, 17:44
“Azəriqaz”ın baş direktoruna müavin təyin olunub
Dünən, 16:45
Bakıda əməliyyat: saxlanılanlar var - Video
Dünən, 16:39
Toy karvanında "avtoş"luq edən sürücülər saxlanılıb
Dünən, 12:03
İrandan daha 15 əcnəbi Azərbaycana təxliyə olunub
Dünən, 11:53
Vətəndaşları aldadan şəxs tutulub
Dünən, 11:50
Sabah hava necə olacaq? - Proqnoz
Dünən, 10:29
Qazilərə iki aydır dərmanlar verilmir
24-06-2025, 18:01
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
24-06-2025, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
24-06-2025, 16:02
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
24-06-2025, 15:28
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
24-06-2025, 12:39
Sabah hava necə olacaq? - Proqnoz
24-06-2025, 11:36
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
24-06-2025, 11:30
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
24-06-2025, 10:20
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
24-06-2025, 09:57
Əhməd Orucun oğlunun ölümü ilə bağlı yeni məlumatlar yayılıb
24-06-2025, 09:45
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
24-06-2025, 08:09
Şahzadə Uilyam tacdan imtina edə bilər
23-06-2025, 17:43
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
23-06-2025, 16:03
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
23-06-2025, 15:03
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
23-06-2025, 12:46
Sabah hava necə olacaq? - Proqnoz
23-06-2025, 12:24
Qarabağ zonasında daha 1420.9 hektar ərazi minalardan təmizlənib
23-06-2025, 10:31
DİN: "Şəxsi bank kartı məlumatlarını baqşası ilə paylaşmaq olmaz"
23-06-2025, 08:46
Sevil Əliyevanın oğlu məşhur diktorun nəvəsi ilə ailə qurub
23-06-2025, 08:08
Qərbi Azərbaycana erməni köçü - Fotolar
22-06-2025, 12:33
Leysan yağacaq, dolu düşəcək - Proqnoz
21-06-2025, 19:00
Sabiq icra başçısının oğlunu öldürən şəxsə cəza verilib
21-06-2025, 11:47
Keçmiş məhkum 7 kq narkotiklə tutulub
21-06-2025, 11:04
Məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir
21-06-2025, 09:50
Baş həkimin 95 min manatını mənimsəyən şəxs azadlığa buraxılıb
21-06-2025, 09:27
Bu gün metro gecə saat 02:00-dək işləyəcək
21-06-2025, 08:08
Koronavirusun yeni ştammı asanlıqla yayılır
21-06-2025, 07:13
Azərbaycanda yay fəsli başlayıb
20-06-2025, 17:58
Hacı Vəliyev haqqında həbs qətimkan tədbirinin müddəti uzadılıb
20-06-2025, 16:52
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
20-06-2025, 16:32
“Abzas Media” işi üzrə həbs olunanlara hökm oxunub - Siyahı
20-06-2025, 13:18
Yüz minlərlə rus Şengen ölkələrinə gedə bilməyəcək
20-06-2025, 12:45
Sabahın hava proqnozu açıqlanıb
19-06-2025, 17:41
Nəcməddin Sadıkov məhkəməyə çağırılıb