12:12 / 21-05-2024
Sabah yağış yağacaq
11:26 / 21-05-2024
Rəisinin varisi kimdir?
Peşə hazırlığı üzrə ixtisasların sayı artırılıb
Tarix: 15-04-2022 15:11 | Bölmə: Cəmiyyət
Peşə hazırlığı üzrə ixtisasların sayı artırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün təşkil edilən hazırlıq kurslarının əhatə etdiyi peşə-ixtisas sahələri sırasına əmək bazarında aktual olan daha 50-yə yaxın sahə əlavə edilib.

Reyting.az
ƏƏSMN-ə istinadla xəbər verir ki, bununla da peşə tədrisi həyata keçirilən peşə-ixtisas sahələrinin sayı 127-dən 175-ə çatdırılıb.

Bildirilib ki, əmək bazarının təhlili əsasında formalaşan yeni aktual peşə və ixtisasların siyahısına İKT sahəsi, nəqliyyat logistika, kənd təsərrüfatı, istehsal, sənaye, rabitə və digər sahələr daxildir.

Peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq Filiallarına və ya “DOST” Mərkəzlərinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Eyni zamanda, elektron qaydada https://dma.gov.az/vetendaslar-ucun-muraciet-formasi

linki vasitəsilə də peşə hazırlığına müraciət etmək mümkündür.

Peşə hazırlığına cəlb olunmuş işsiz şəxslərə təhsil aldıqları dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:12 Sabah yağış yağacaq
16-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}