Keçmiş şöbə müdiri İngiltərədə bahalı mülk alıb - Fotolar
Tarix: 15-04-2022 15:47 | Bölmə: Cəmiyyət
Keçmiş şöbə müdiri İngiltərədə bahalı mülk alıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri Elnur Süleymanov İngiltərədə mülk alıb.

Reyting.az
xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C. Həsənli qeyd edib ki, 2016-2020-ci illərdə nazirlikdə şöbə müdiri işləmiş E. Süleymanov İngiltərədə 350 illik tarixi olan binanı (hotel) 1,4 milyon funt sterlinq (3 milyon manatdan artıq) vəsait ödəyərək alıb. Hotel onun həyat yoldaşının adına rəsmiləşdirilib.

Məlumatda həmçinin qeyd edilib ki, sabiq şöbə müdirinin Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində də daşınmaz əmlak şirkəti var.

Xatırladaq ki, E. Süleymanov 2013–2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, hazırda həbsdə olan Səlim Müslümovun vaxtında işləyib.










Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər