Tunisdə batan gəmidəki azərbaycanlılar təxliyə ediləcək
Tarix: 16-04-2022 20:56 | Bölmə: Cəmiyyət
Tunisdə batan gəmidəki azərbaycanlılar təxliyə ediləcək

16 aprel 2022-ci il tarixində Ekvatorial Qvineya bayrağı altında üzən, Malta istiqamətində hərəkətdə olan gəmi pis hava şəraiti səbəbindən Tunisin Qabeş şəhəri yaxınlığında qəzaya uğrayıb. Gəminin heyəti arasında iki Azərbaycan vətəndaşı olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, gəmi heyəti Tunis sərhəd gəmisi tərəfindən xilas edilib və heyət xəstəxanaya yerləşdirilib. Belə ki, qəza nəticəsində gəmi heyəti, o cümlədən Azərbaycan vətəndaşları xəsarət almayıb. Hazırda vətəndaşlarımızın təxliyəsi ilə bağlı müvafiq tədbirlər görülməkdədir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər