Nazirlikdə gender məsələləri üzrə yeni məsul şəxs təyinatı olub
Tarix: 18-04-2022 17:39 | Bölmə: Cəmiyyət
Nazirlikdə gender məsələləri üzrə yeni məsul şəxs təyinatı olub

Maliyyə Nazirliyi Samir Şərifov Nazirliyin Aparatının Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayevaya əlavə vəzifə verib.

Reyting.az
xəbər verir ki, o,nazirliyin gender məsələləri üzrə yeni məsul şəxs təyin olunub.

Məlumata görə, o, eyni zamanda, nazirlik sistemində qadın hüquqlarının müdafiəsinin gücləndirilməsi işinin təşkili və həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 289 nömrəli Fərmanın icrasını təmin etmək məqsədilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli, 176 nömrəli Qərarına əsasən nazirlik, komitə, şirkət, konsern və digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin etməlidirlər.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər