16:39 / 28-11-2024
Sabah qar yağacaq
"Yeni Klinika"nın sabiq direktoru Ali Məhkəməyə şikayət edib
Tarix: 03-08-2022 15:52 | Bölmə: Cəmiyyət
"Yeni Klinika"nın sabiq direktoru Ali Məhkəməyə şikayət edib

"Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Məlumata görə, şikayət ərizəsində cinayət işinin düzgün araşdırılmadığı, Pərviz Abbasovun verilmiş ittihamlarla təqsirsiz olduğu qeyd olunub.

Sabiq direktorun vəkili tərəfindən Ali Məhkəməyə təqdim olunan ərizədə Pərviz Abbasova bəraət verilməsi xahiş olunub/APA.

Xatırladaq ki, "Yeni Klinika” Publik Hüquqi Şəxsin direktoru olmuş Pərviz Abbasov Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Abbasov 8 il 6 ay azadlıqdan məhrum olunub.

Sonradan Bakı Apellyasiya Məhkəməsi Pərviz Abbasovun cəzasını 5 il 6 aya endirib.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər