16:39 / 28-11-2024
Sabah qar yağacaq
Nöqsana yol verən xəstəxana rəhbərlərinə xəbərdarlıq edilib
Tarix: 05-08-2022 15:19 | Bölmə: Cəmiyyət
Nöqsana yol verən xəstəxana rəhbərlərinə xəbərdarlıq edilib

Bakı Baş Səhiyyə Mərkəzində Mərkəzin tabeliyində olan tibb müəssisələrinin 2022-ci ilin 6 aylıq yekun hesabatına həsr olunmuş iclası keçirilib.

Reyting.az
TƏBİB-ə istinadla bildirir ki, iclasda Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov, direktor müavinləri, şöbə müdirləri, tabeli tibb müəssisələrinin rəhbərləri iştirak edib.

İclasda çıxış edən Bakı Baş Səhiyyə Mərkəzinin Tibbi Statistika və Analitika şöbəsinin, Maliyyə Departamentinin, Monitorinq və Nəzarət Departamentinin, Əlillik məsələlərinə nəzarət şöbəsinin əməkdaşlarının məruzələri dinlənilib.

Eyni zamanda, 13 nömrəli Şəhər Poliklinikasının, 8 nömrəli Uşaq Poliklinikasının, Xocasən Sağlamlıq Mərkəzinin rəhbər şəxsləri sözügedən tibb müəssisələrinin 6 aylıq yekun hesabatı barədə çıxışlar edib, görülən işlər barədə məlumat verib.

Sonda Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov tibb müəssisələrinin cari problemləri, mövcud çatışmazlıqlar və problemlərin həlli yolları barədə çıxış edib, əhalinin tibbi xidmətə əlçatanlığının təmin edilməsi, göstərilən xidmət keyfiyyətinin artırılması istiqamətində müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib. Belə ki, tibbi xidmətin təşkilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin qərarlarına, hüquqi-normativ sənədlərin icrasına ciddi riayət olunmasının, əhalinin maarifləndirilməsi istiqamətində tibbi fəaliyyət göstərilməsinin, etik davranış qaydalarına əməl edilməsinin təmin olunmasının, nöqsanların aradan qaldırılması üçün tədbirlər görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

E.Əmirov çıxışında Bakı Baş Səhiyyə Mərkəzinin gələcək planları haqqında da məlumat verib. Yaxın dövr ərzində Mərkəzin bütün müəssisələrini əlaqələndirən “Çağrı Mərkəzi”nin yaradılacağı, təmirə ehtiyacı olan bir sıra tibb müəssisələrinin təmiri, kompüterlərlə təmin olunması, tibb müəssisələrinə giriş-çıxış qeydiyyatının elektronlaşdırılması, tibb işçilərinin təminatının, müəssisələrin təchizatının yaxşılaşdırılması üçün işlər görüləcəyi vurğulanıb.

Ən çox şikayət daxil olan müəssisələrin rəhbərlərinə öz işlərində dönüş yaratmaları üçün bir daha xəbərdarlıq edilib. Bundan sonra şikayət daxil olan müəssisə rəhbərləri ilə bağlı daha sərt inzibati cəza tədbirlərinin görüləcəyi diqqətə çatdırılıb.




Bölməyə aid digər xəbərlər
Bu gün, 16:39 Sabah qar yağacaq
Bu gün, 12:08 Sabah yağış yağacaq
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər