Həbs edilən brokerin ermənilərlə qohumluq əlaqəsi üzə çıxır
Tarix: 08-08-2022 10:58 | Bölmə: Cəmiyyət
Həbs edilən brokerin ermənilərlə qohumluq əlaqəsi üzə çıxır

“Broker” MMC-nin rəhbəri, illərdir adı müxtəlif qalmaqallarda hallanan, dəfələrlə həbs xəbəri yayılan Əbülfəz Məlikov bu günlərdə DTX tərəfindən saxlanıldıqdan sonra onun barəsində sensasiyalı məlumatlar yayılıb.

Reyting.az
-ın məlumatına görə, Gömrük Komitəsinin keçmiş sədr müavini Cümşüd Nuriyev “Qafqazinfo”-ya deyib ki, Əbülfəz Məlikov Rusiyada böyük biznesi olan, milyarder, əslən erməni Ara Abramyanın bacısının həyat yoldaşıdır.

Digər məlumatlara görə, Əbülfəz Məlikov məşhur iranlı iş adamı Mənüçöhr Əhədpurun yaxın qohumudur. İddialara görə, M. Əhədəpur da erməni əsillidir və daha əvvəl Manukyan soyadını daşıyıb. Onun İran və Rusiyada böyük biznes şəbəkəsi var.

İddia olunur ki, əslən Şamaxıdan olan Əbülfəz Məlikov biznesə siqaret satışı ilə başlayıb. “28 May” metrostansiyasının qarşısında siqaret satışı yerləri olan Məlikovun Azərbaycana ilk dəfə qeyri-qanuni yollarla siqaretlərin gətirilməsi işini həyata keçirib. İllər əvvəl Bakıda Dağıstan, Rusiya və əsasən İran istehsalı olan siqaretlərin çoxluq təşkil etdiyi dövrdə həmin məhsulların Ə. Məlikovun təşkilatçılığı ilə gətirildiyi bildirilir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}