Tuğ kəndi ərazisində Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları tapılıb - Foto
Tarix: 11-08-2022 19:06 | Bölmə: Cəmiyyət
Tuğ kəndi ərazisində Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları tapılıb

Bu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}