18:00 / 16-09-2025
Dövlətə məxsus 55 maşın hərracda satılıb
17:44 / 16-09-2025
Prezidentin Azərbaycana səfəri başa çatıb - Fotolar
17:39 / 16-09-2025
Ali Məhkəmənin hakimi təqaüdə göndərilib
17:36 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub - Fotolar
17:23 / 16-09-2025
ATƏT rəsmisi: "Minsk prosesinin bağlanması ilə bağlı qərarın icrasına başlanılıb"
17:08 / 16-09-2025
Sabah leysan yağacaq - Xəbərdarlıq
16:46 / 16-09-2025
Ağacın 1 qramı 10 min dollardır
16:41 / 16-09-2025
Prezidentlər güllələnmiş heykəllərə baxıblar - Fotolar
16:35 / 16-09-2025
Zaqatala sakini bağında döyülüb
16:25 / 16-09-2025
Azərbaycan və BƏƏ liderləri Şuşa qalasının önündə - Foto
16:09 / 16-09-2025
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - Fotolar
16:07 / 16-09-2025
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
15:55 / 16-09-2025
İlham Əliyev və BƏƏ prezidenti Yeni Şuşa məscidində - Fotolar
15:39 / 16-09-2025
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar - Fotolar
15:20 / 16-09-2025
Bakıda Beynəlxalq Kitab Sərgisi keçiriləcək
15:11 / 16-09-2025
Cəlilabadda məktəbli bıçaqlanıb
15:07 / 16-09-2025
Nigar Köçərlinin kitabları müsadirə olunub? - Açıqlama
14:55 / 16-09-2025
Alla Puqaçovanın son müsahibəsi 16 milyondan çox baxış toplayıb
14:50 / 16-09-2025
Prezident iqamətgahı üzərindən uçan PUA ələ keçirilib
14:44 / 16-09-2025
İsrail iqtisadiyyatını ağır sınaqlar gözləyir
14:06 / 16-09-2025
Xalq artisti II Fəxri xiyabanda dəfn olunub - Yenilənib
13:39 / 16-09-2025
Prezidentlər Füzulidən sonra Şuşaya gediblər - Fotolar
13:31 / 16-09-2025
Zülfüqarov: Xankəndidə terror törətməklə bir neçə məqsədə çatmaq istəyiblər
13:27 / 16-09-2025
Sabah yağış yağacaq
12:57 / 16-09-2025
Əliyar Ağayev “Bayer”in oyununa təyinat alıb
12:53 / 16-09-2025
Əlisəmid Kür reanimasiyaya yerləşdirilib
12:45 / 16-09-2025
Deputat: “Əvvəlcə ingilis-rus, sonra Azərbaycan dilində yazırlar”
12:39 / 16-09-2025
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
12:23 / 16-09-2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - Fotolar
20:48 / 13-09-2025

15:14 / 12-09-2025

18:29 / 12-09-2025

10:50 / 12-09-2025

18:40 / 14-09-2025

23:44 / 12-09-2025

22:10 / 12-09-2025

09:10 / 12-09-2025

15:37 / 14-09-2025

13:50 / 14-09-2025

00:21 / 12-09-2025

"MTN işi" üzrə məhkəmə: "Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubov da bunların yanında olmalıdır"
Tarix: 31-08-2022 11:16 | Bölmə: Cəmiyyət

1 ay 4 günlük fasilədən sonra Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub- E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmə binası önünə gələn bir qadın proses öncəsi təqsirləndirilən Sahib Ələkbərovu ona qarşı cinayət törətməkdə ittiham etdi. Onun sözlərindən bəlli oldu ki, Ermənistan qaçqınıdır, 2009-cu ildə Sahib Ələkbərov MTN-də müstəntiq olarkən onu qanunsuz olaraq həbs edib. Ona terrorla hədələmə qondarma ittihamı verilib. Sonradan isə qadına bəraət verilib. İsrarla adının çəkilməsini istəməyən qadın bildirib ki, qanunsuz həbsinə anası və atası dözməyərək həyatdan köçüblər. Qardaşı isə xəstəlik tapıb. O, həyatda olan qardaşının yenidən onunla bağlı xəbərləri eşidib vəziyyətinin gərginləşəcəyindən ehtiyat etdiyini, bu səbəbdən adının açıqlanmasını istəmədiyi deyib. Məhkəmə binası önündə Sahib Ələkbərov həmin qadını görcək sürətlə ərazidən uzaqlaşıb. Qadın isə Sahib Ələkbərovun arxasınca gedib, ona qarşı sabiq müstəntiqin etdiyi cinayətlər araşdırılmayana qədər mübarizə aparacağını qışqıraraq ona çatdırıb.
Məsələyə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov müdaxilə edib, qadından məhkəmə binası önündən uzaqlaşmasını istəyib. O isə Həbib Həsənova deyib ki, ona qarşı ağır cinayət törədən Sahib Ələkbərovdan əl çəkməyəcək: “O şərəfsiz mənim həyatımı alt-üst edib. Yalandan uydurdu ki, guya Razində telefondan dövlət idarəsinə zəng edib terrorla hədələmişəm. Əslində isə belə bir iş olmayıb. Məni MTN-in maddəsi ilə həbs etmək üçün belə bir uydurmanı ortaya atdı. Mən bilməmişəm ki, Sahibin burada məhkəməsi gedir. Baş prokuror Kamran Əliyevin də qəbuluna gedəcəyəm. Mənə qarşı cinayəti də araşdırmalıdırlar”.
Zərərçəkən qadın prosesin keçirildiyi binaya buraxılmayıb, onun açıq məhkəmə prosesində iştirakına imkan verilməyib. Odur ki, məhkəmə binası önündə əyləşərək prosesin bitməsini gözləyib. Məhkəmə prosesi bitəndən sonra isə Sahib Ələkbərov məhkəmə binasından çıxarkən qadın onun ünvanına kəskin ifadələr işlədib, ona qarşı cinayətinə görə cavab verəcəyi günün uzaqda olmadığını deyib: “Sən məni evimdən aparanda da elə qaçardın. Allah sənin bəlanı versin. Mənim yaylığım sənin arvadının başına olsun. Mənim evimdən məni apardın, Allah bəlanı versin. Sənlə Şıxəliyevi Allah öldürsün. İndi elə qaçırsan... kimdir cinayətkar? Prezidentin çörəyi sənə haram olsun!”
İş üzrə sonuncu məhkəmə prosesi iyulun 26-da keçirilmişdi. Həmin prosesdə dövlət ittihamçısı Mövlam Şixəliyevin 14 il, Vüsal Ələkbərovun 11 il, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Bundan sonra iş üzrə Azərbaycan məhkəmə praktikasında görülməmiş bir fasilə yarandı. Hakim Elbəy Allahverdiyev Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunanlara çıxışa hazırlaşmaq üçün 1 aydan artıq vaxt verdi. Halbuki Azərbaycan məhkəmələrində dövlət ittihamçısının çıxışından sonra müttəhimlərə çıxışa hazırlaşmaq üçün maksimum 10 gün zaman ayrılır.
Avqustun 30-da keçirilən prosesdə zərərçəkənlərin sözlərindən bunca uzun fasilənin səbəbi bilinib. Məlum olub ki, hakim verdiyi uzun zaman içində Mövlam Şıxəliyev vəkilləri üzərindən zərərçəkənlərə vurulan ziyanın ödənməsi ilə bağlı danışıqlar aparıb. Danışıqların mövzusu isə təqsirləndirilənlər MTN-də vəzifə sahibi olarkən zərərçəkənlərə vurulan ziyanla bağlı olub.
Məhkəmədə ilk çıxış edən zərərçəkən Qulam Bağırov bildirib ki, təqsirləndirilən Sahib Ələkbərovun əməli düzgün tövsif olunmayıb. Zərərçəkən Sahib Ələkbərovun həbsi və ona yeni ittihamın verilməsi üçün vəsatətlə çıxış edib: “Sahib Ələkbərov məni qanunsuz olaraq həbs etdi, faktiki olaraq girov götürdü. Bundan sonra mən 3 ay qanunsuz olaraq MTN təcridxanasında saxlanılmışam. Sahib Ələkbərov həmin günlərdə mənim ailəmə səhhətimlə bağlı yalan məlumatlar verib, tez bir zamanda öləcəyimi deməklə külli miqdarda pul tələb edib. Guya mən hansısa cinayət törətmişəm. Ailəm də məcbur olub Sahib Ələkbərovun tələb etdiyi pulu düzəltmək üçün evimi, maşınımı, qızıl-zinət əşyalarını satıb, külli miqdarda borca pul alıb 135 min dollar düzəldiblər. Həmin pulu qardaşım əlbəəl Sahib Ələkbərova verib. Bütün bunları məni azad etdikdən sonra bilmişəm. Məni saxtakarlıqla həbsə aldıqları kimi saxta ekspert rəyi ilə azad ediblər. Biləndə ki, Sahib Ələkbərov mənim evimi, maşınımı, ailəmin qızıl-zinət əşyalarını satdırıb, birbaşa MTN-ə getmişəm, Sahibdən İstintaq İdarəsindən qardaşımdan aldığı pulu geri qaytarmasını tələb eləmişəm. Çünki mənim heç bir cinayətim yox idi. Məni Mövlam Şıxəliyevin müavini Təhsin Ağayev xahiş-minnətlə sakitləşdirdi. Dedi ki, burada adamlar milyonlar verirlər, səsləri çıxmır, 15 min pul vermisiz, səsiniz buraları götürüb. Mühafizəni çağırıb mənı MTN binasından çıxarıblar. Bundan sonra bir daha MTN binasına buraxılmamışam. İndi siz görün Sahib Ələkbərovun mənə qarşı cinayətini Baş Prokurorluq hansı maddəyə tövsif edib? Guya mən azad olunmağım üçün Sahib Ələkbərova rüşvət vermişəm. Sahib Ələkbərovun əməlini də buna görə Cinayət Məcəlləsinin 311-ci maddəsinə - rüşvət almaya tövsif ediblər. Bilirlər ki, bu maddə üzrə cəlb etmə müddəti keçib, ona görə də bu maddəyə üstünlük veriblər. Halbuki Sahib Ələkbərovun mənə qarşı cinayəti Cinayət Məcəlləsinin 182.3-cü hissəsi - ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə maddəsini əhatə edir. Bu maddə üzrə cəlbetmə müddəti də yoxdur. Sahib Ələkbərova yüngül cəza verib azad etməyə hazırlıq görülüb. Sizdən xahiş edirəm ki, Sahib Ələkbərovun əməli 182.3-cü maddə ilə tövsiv olunsun”.
Hakim yerindəcə müşavirə keçirib zərərçəkənin vəsatətinin baxılmamış saxlanılması barədə qərar verdi. Vəsatətə növbəti mərhələdə baxılacağını elan etdi. Zərərçəkən Hüseyn Səfərov isə bildirib ki, hakimin verdiyi uzun fasilə günlərində Mövlam Şıxəliyev vəkili Arzu Cavadov vasitəsilə onunla təmas qurub: “Mövlam Şıxəliyev istəyirdi ki, biz şikayət etməyək, onun, başına yığdığı mütəşəkkil cinayətkar dəstənin üzvləri olan digər təqsirləndirilən şəxslərin cinayətlərini ictimailəşdirməyək. Mövlam Şıxəliyev vəzifədə olarkan bizlərə vurduqları ziyanı ödəyəcəklərini deyirdi. Şıxəliyev bizi inandırmaq üçün deyirdi ki, Eldar Mahmudov 3 zərərçəkənin zərərini ödəməyə hazırdır. Zakir Qaralovla Rüstəm Usubov da zərərçəkənlərin bir qisminin zərərini qarşılayacaqlar. Yerdə qalan zərərçəkənlərin zərərini də Mövlam Şıxəliyev və onunla mühakimə olunanlar verəcəklər. Mövlam Şıxəliyev ”kişinin sözü bir olar, zərəri ödəyəcəyik" demişdi. Əlbəttə ki, biz ona inanmırdıq. Başa düşürük ki, Mövlam Şıxəliyevin sözü boş havadan başqa bir şey deyil. Bizə qarşı cinayətləri də o, təkbaşına törətmədiyi də aydındır. Sadəcə, bu gün məhkəmə qarşısına çıxarılan o və digər icraçılardır. Bu cinayətlərin başında dayananlar bu gün məsuliyyətdən yayındırılırlar".
Zərərçəkən deyib ki, kəfən geyərək bu yola çıxıblar: “Bizlərə qarşı cinayətlər tam və hərtərəfli qaydada araşdırılmayınca, bu yoldan geri çəkilən deyilik. Kimsədən qorxmuruq, heç kimdən çəkinmirik. Cənab Prezident ortaya siyasi iradə qoydu, MTN-dəki cinayət yuvasını darmadağın etdi. Bu gün Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyevə, onun başının dəstəsinə yüngül cəzalar verdirmək istəyənlər bunu unutmasınlar! Bakı Hərbi Məhkəməsindən ədalət gözləyirik”.
Zərərçəkənlər Nizami Kazımov, Akif Qurbanov, Elvar Əliyev, Ələddin Əliyevin də mövqeyi Hüseyn Səfərovun mövqeyinə uyğun olub.
Zərərçəkən Əfsəl Həsənəliyev hakimdən oturaq vəziyyətdə çıxış etmək üçün söz istədi. Hakimin razılığından sonra o dedi: “Mən çox ağır durumdayam. Mənə vurulan zərəri Yasin Məmmədov ödəməsə, mən onu öldürəcəyəm. Çünki başqa çıxış yolum yoxdur. Məni qanunsuz həbsə alıb, evimi ”Unibank"a girov qoyub və külli miqdarda pul götürərək ələ keçirib. Bank bu gün məni evdən çıxarır. Bu yaşımda mən nəvələrimlə, həyat yoldaşımla küçələrdə qalmalıyam. Bunu Yasin Məmmədov görməyəcək, mən onu qətlə yetirəcəyəm. Bunlarda kişilik deyilən bir şey yoxdur. Mövlam Şıxəliyev də bunlar kimidir, bunlarda qeyrət yoxdur".
Hakim zərərçəkənin çıxışını yarımçıq saxlayıb təqsirləndirilən şəxsləri təhqir etməməsini tapşırıb.
Əfsəl Həsənəliyev isə hakimə qanunvercilikdə dəyişiklik etmək zərurətinin olduğunu deyib: “Bu adamlar evlər yıxıblar, özlərinə imarətlər tikiblər. Həmin imarətləri başlarına uçurub özlərini də ömürlük həbsə göndərmək lazımdır. Qoy bunların xislətində olan hər kəs görsün ki, ev yıxanların axırı necə olur. Siz etməyəcəksiz, mən edəcəyəm. Mənim itirəcəyim bir şey yoxdur. Yaşım 70-i ötüb, bundan sonra mən küçələrdə qalan deyiləm. Mənim ziyanımı ödəsinlər”.
Zərərçəkən Sərdar İsmayılov da ona vurulan zərərin ödənilməsini tələb etdi: “Məni qanunsuz olaraq həbs edən Yasin Məmmədovdur. Ziyanımı da o ödəsin. 1 milyon 400 min dəyərində malımı qaçaqmal elan edib və özlərinə götürüb satıblar. Özümü də aylarla girov saxlayıblar. Həmin vaxt ailəm dağılıb. Biznesim çöküb. Bu gün də çox ağır durumdayam, borc içindəyəm. Yasin Məmmədov mənə vurulan zərəri ödəsin. Bura gəlib üzümüzə hırıldayır. Elə bil bizə qarşı cinayəti o törətməyib. Siz də onu azadlıqda saxlamaqla cinayəti ört-basdır edirsiz. Mənə vurduğu ziyanları ödəməsə, onun üzünə ”kislota" atıb yandıracağam. Bunu burada deyirəm ki, hamı bilsin. Mən Azərbaycan dövlətinə, Prezidentə arxayınam. Kimsənin özbaşınalıq etməsinə də imkan verməyəcəyik".
Zərərçəkənlərdən bir neçəsinin vəkili Osman Kazımov da məhkəmədən söz istədi: “Hörmətli məhkəmə, zərərçəkənlərdən biri qətlə yetirməkdən, o biri ”kislota" ilə üz yandırmaqdan danışır. Bütün bunlar onlara qarşı cinayətlərə adekvat yanaşılmaması üzündən baş verir. Bu adamlar prokurorluğun qismində Azərbaycan dövlətindən dəstək gözləyirlər. Lakin müdafizəsiz qaldıqlarını görürlər deyə, bu cür təhlükəli iddialarla çıxış edirlər. Mövlam Şıxəliyev və qeyrilərinə mütəşəkkil cinayətkar quldur dəstə tərkibində cinayətlər törətmələrinə dair ittiham verilib. Amma əməlləri rüşvət kimi tövsif olunub. Halbuki açıq-aşkar görünür ki, zərərçəkənlərə qarşı hədə-qorxu ilə tələb etmə cinayəti törədilib. Bu əməllər Azərbaycan vətəndaşları olan zərərçəkənlərin malına, puluna sahib çıxmaq üçün törədilib".
Vəkil bildirib ki, məhkəmə qarşısında olan mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərləri bu gün azadlıqdadırlar: “Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubov da bunların yanında olmalıdır. Çünki Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunanlar istəsəydilər belə, onların razılığı olmasaydı, bu cinayətləri törədə bilməzdilər. Bu cinayətlərdə Mövlam Şıxəliyev icraçıların başında dayanıb, bunlar isə cinayətlərin birbaşa icraçılarıdır. Bu adamların bu gün azadlıqda qalmaları onların qarşısında rəhbərlərin öhdəlik götürməsi ilə əlaqəlidir. Onların susması müqabilində azadlıqda saxlanılıblar. Bu adamlar xüsusilə ağır cinayətdə ittiham edilirlər. Onların azadlıqda qalmaları kimlərin marağındadır? Küçədə bir nəfər digərinə sataşır, həbsə alınır. Bu adamlar isə dövləti qorumalı olduqları halda, dövlətin gücündən Azərbaycan vətəndaşlarına qarşı istifadə ediblər. Bu, Azərbaycan dövlətçilik tarixinə ləkə olan cinayətlərdir, bu cinayətləri törədənlər ən sərt şəkildə cəzalarını almalıdır. Təqsirləndirilən Sahib Ələkbərov burada dözmədi, dedi ki, onun sağında Rüstəm Usubov, solunda isə Zakir Qaralov əyləşməlidir. Bir cinayət epizodunu danışdı, dedi ki, məzuniyyətdə olan zaman onu Eldar Mahmudov, Zakir Qaralov və Rüstəm Usubov restorana çağırıblar. 2 gün əvvəl həbs olunan şəxsin dərhal azadlığa buraxılması göstərişini veriblər. İndi həmin o Eldar Mahmudovun, Zakir Qaralovun və Rüstəm Usubovun burada dindirilməsi zərurəti vardı. Siz möhtərəm hakim, bunu etmədiz”.
Vəkil açıq elan edilən məhkəmə prosesinin qapalı keçirildiyini, dəfələrlə vəsatət verilməsinə baxmayaraq jurnalistlərin məhkəmə binasına, prosesin keçirildiyi zala buraxılmadığını vurğuladı: “10 aydır ki, faktiki olaraq qapalı proses keçirirsiz. Burada araşdırılan cinayət sıradan bir cinayət deyil. Burada yüksək rütbəli generalların, vəzifə sahiblərinin, notariusların, ekspertlərin, hakimlərin cinayətlərdə birbaşa iştirakları var. Baş Prokurorluğun MTN-də istintaqa nəzarət idarəsi var. Həmin idarənin bu gün mühakimə olunan dəstə üzvlərinin cinayətlərinin baş tutmasında müstəsna rolu var. Bu məsələləri siz heç araşdırmadız. Halbuki sizin belə səlahiyyətiniz var. Çıxaracağınız hökmlə məhkəmə araşdırması zamanı üzə çıxan faktları məlumat şəklində prokurorluq orqanına yollaya bilərsiz”.
Vəkilin bu sözlərinə təqsirləndirilən Yasin Məmmədov gülməklə reaksiya verdi. Vəkil isə ona “hələ sənin gülən vaxtındır” dedi.
Bundan sonra proses sentyabrın 6-na qədər təxirə salınıb/Yeni Müsavat
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:08
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu gün, 16:35
Zaqatala sakini bağında döyülüb
Bu gün, 13:27
Sabah yağış yağacaq
Bu gün, 12:39
“Qərbi Azərbaycanın Səsi”nin əhəmiyyəti hiss olunur
Bu gün, 09:49
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
Bu gün, 09:40
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verib
Bu gün, 08:06
Dini liderlər Astanada toplaşıb
Dünən, 15:00
Həkim Azər Maqsudovun məhkəməsi qapalı keçiriləcək
Dünən, 13:13
Masazırda 57 yaşlı kişini "tok" vurub
Dünən, 12:58
Sabah yağış yağacaq - Proqnoz
Dünən, 10:28
Sabirabadda 42 yaşlı şəxs qətlə yetirilib
Dünən, 09:14
Məşhur media şirkəti "Google"-ni məhkəməyə verib
Dünən, 08:13
Çində uçan naməlum obyekt vurulub?
14-09-2025, 13:22
Sabah yağış yağacaq
13-09-2025, 15:48
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
12-09-2025, 18:29
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
12-09-2025, 17:23
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
12-09-2025, 16:15
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
12-09-2025, 14:35
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
12-09-2025, 14:18
Gəncədə evdə partlayış olub, xəsarət alan var
12-09-2025, 12:53
Sabah yağış yağacaq
12-09-2025, 11:16
Bakıda güclü külək ağacı yola aşırıb
12-09-2025, 10:51
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
12-09-2025, 10:01
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
12-09-2025, 00:55
Çimərlikdə qadınları videoya çəkən şəxs həbs edilib - Foto
11-09-2025, 22:53
Qubada güclü sel körpünü dağıdıb
11-09-2025, 17:43
Keçmiş sevgilisindən Hidayətə ittihamlar - “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb”
11-09-2025, 17:06
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
11-09-2025, 12:13
Mars üçün könüllülər seçiblər - Foto
11-09-2025, 10:13
“Habertürk” və “Show TV” dövlət nəzarətinə götürülüb
11-09-2025, 09:28
Dövlət sərhədimizi pozan iki iranlı saxlanılıb
10-09-2025, 17:54
Prokurorluq keçmiş memarın barəsindəki hökmdən protest verib
10-09-2025, 17:16
"Coca-Cola" Rusiya şirkətini məhkəməyə verib
10-09-2025, 12:59
Azərbaycanda havadan su əldə ediləcək
10-09-2025, 12:14
Sabah hava yağışlı olacaq - Proqnoz
10-09-2025, 11:03
Ağdamda 16 yaşlı qızı zorlayıblar - 4 nəfər saxlanılıb
10-09-2025, 10:49
Sərhədimizi pozan əcnəbi saxlanılıb
10-09-2025, 10:24
Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb, ata həbs edilib
10-09-2025, 10:00
Bakıya narkotik gətirməyi planlaşdıran şəxs tutulub
9-09-2025, 19:05
Müəllimlərin işə qəbulu: apellyasiya nəticələri elan olunub
9-09-2025, 15:53
Qüdrət Həsənquliyev: "Zabitlərə ev verməkdənsə, onlara..."
9-09-2025, 15:52
Şirkət direktoru və digərlərinin cəzası azaldılıb
9-09-2025, 14:34
Şuşada polis postunun suyunu qəsdən kəsən hotel sahibi həbs olunub
9-09-2025, 13:15
Sabahın hava proqnozu açqlanıb
9-09-2025, 13:02
Sumqayıtda avtoxuliqanlar saxlanılıb
9-09-2025, 12:24
Saatlıda qadın tutulub - Narkotiklə