Argentinada naməlum xəstəlik yayılıb, ölən var
Tarix: 01-09-2022 07:11 | Bölmə: Cəmiyyət
Argentinada naməlum xəstəlik yayılıb, ölən var

Argentinanın Tukuman əyalətindəki özəl xəstəxanada azı altı nəfər mənşəyi məlum olmayan kəskin pnevmoniyaya yoluxub.

Reyting.az
xəbər verir ki, “Todo Noticias” nəşri məlumat yayıb.

Qeyd edilir ki, tibb müəssisəsinin beş əməkdaşı və bir pasiyent xəstələnib. İndiyədək bir nəfər ölüb, qalanların vəziyyəti ağırdır.

Mütəxəssislərin xəstəliyin səbəbini müəyyən edə bilmədiyi qeyd olunur. Onların koronavirus, qrip, soyuqdəymə, 25 növ bakteriya üçün testləri neqativ çıxıb.(Report)




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}