Universtitetlərə qəbul üçün hazırda təxminən 2400 plan yeri boş qalıb
Tarix: 01-09-2022 12:16 | Bölmə: Cəmiyyət
Universtitetlərə qəbul üçün hazırda təxminən 2400 plan yeri boş qalıb

"Bu il bütün qruplar üzrə 200-dən yuxarı bal toplayaraq müsabiqədən kənarda qalan abituriyentlərin sayı çox azdır".

Reyting.az
 xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinə qəbul üçün hazırda təxminən 2 400 plan yeri boş qalıb: "Həmin yerlər artıq təqdim edilib. 200-dən yüksək nəticə göstərən və uğur qazanmayan abituriyentlər boş qalan yerlərə qəbul üçün seçim etsələr uğur qazana biləcəklər. 150-200 arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Bu bal aralığı üçün təxminən 245 boş yer qalıb".

O bildirib ki, bu il də 500-dən yüksək bal toplayıb ali məktəbə qəbul olmayan abituriyentlər olub".

Onun sözlərinə görə, bu say elə də çox olmasa da, I və IV qrupda 500-dən çox bal toplayan bir neçə abituriyent kənarda qalıb: "IV ixtisas qrupu üçün bu hal təbiidir. Çünki abituriyent ixtisas seçimi zamanı tibb sahəsi üzrə yalnız bir ixtisas yazdığı üçün ali məktəbə daxil ola bilmir. Halbuki Azərbaycan Tibb Universitetində yeni açılan ixtisaslar var ki, onların keçid balı aşağıdır. Əgər həmin şəxslər bu ixtisasları seçsəydilər, kənarda qalmazdılar".

M.Abbaszadə bildirib ki, bu il Bakı Dövlət Universitetində Biotexnologiya ixtisası açılıb və həmin yer üçün axın yüksək olub: "Hansı ki, həmin ixtisasın keçid balı Tibb Universiteti ilə eyni səviyyədə olub. Bu, o deməkdir ki, gənclərimiz müasir ixtisaslar barədə məlumatlıdırlar və düzgün addım atırlar".




Bölməyə aid digər xəbərlər
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}